Sentyabrın 14-də gecə saatlarında Nəsimi rayonu ərazisində bir nəfərin pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş İ.Əmirxanlı və soyğunçuluğa görə məhkum olunmuş Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.