Səbail rayon ərazisində bir nəfərin mobil telefonunu və digər şəxsin velosipedini oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş N.Səmədli və K.Dadaşov saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, hər iki şəxs Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.