Sentyabrın 15-də rayon ərazisində yerləşən iaşə obyektində bir nəfərin 2200 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən C.Dadaşlı saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, o, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə sentyabrın 17-də rayon ərazisində yerləşən parkda bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş T.Əhmədov müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.