Oğurladıqları ehtiyat hissələri ilə maşın təmir edən ustalar saxlanıldı

Sumqayıt şəhərində bir nəfərə məxsus avtomobildən ehtiyat hissələri oğurlanıb.

DİN mətbuat xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Q.Rəcəbov və 22 yaşlı A.Quliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobil ustaları olduqlarına görə zərərçəkən nəqliyyat vasitəsini onların yanına təmir məqsədi ilə gətirib. Onlar isə maşının ehtiyat hissələrini talayaraq digər avtomobillərin təmirində istifadə ediblər.

Araşdırma aparılır.