"Bu gün İrana çox güclü zərbələr endiriləcək" - TRAMP

Amerika qüvvələri İranın əvvəllər vurulmayan ərazilərinə hücum etməyi nəzərdən keçirir.

Stopnarkotik.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

O qeyd edib ki, bu gün İran çox güclü zərbə alacaq.

Onun sözlərinə görə, Tehran əvvəllər regionda dominant mövqe tutmağa çalışırdı. Amma bundan sonra o ya təslim olacaq, ya da ciddi çöküşlə üz- üzə qalacaq.

"İran Yaxın Şərqdəki qonşularından üzr istəyib və onlara qarşı hücum etməyəcəyinə söz verib. Onun bu addımı ABŞ və İsrailin hərbi təzyiqi nəticəsində atılıb", - o qeyd edib.