MOSSAD Xameneinin üzüyünə gizli kamera yerləşdiribmiş... – SENSASİON İDDİA / FOTO

MOSSAD-ın İranın sabiq ali rəhbəri Əli Xameneini necə izlədiyi məlum olub.

Stopnarkotik.az "bizim.media"ya istinadən xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

İddiaya görə, İsrailin MOSSAD xüsusi xismət orqanının Şama Hakol adlı gizli agenti Seyid Əli Xameneyinin hər zaman barmağında gəzdirdiyi üzüyünə dinləmə cihazı və videokamera yerləşdirib. 

Məhz həmin cihazlar vasitəsilə Xameneinin bütün addımları və harada olması ilə bağlı MOSSAD dərhal məlumat əldə edə bilib.

Qeyd edək ki, Əli Xamanei fevralın 28-də həyata keçirilən hücum zamanı öldürülüb.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.