ABŞ və Ekvador hərbçiləri Ekvadorda narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıblar.
Stopnarkotik.az-ın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı özünün "X" sosial şəbəkəsindəki səhifəsində xəbər verib.
"Martın 3-də ABŞ və Ekvador Silahlı Qüvvələri Ekvadorda terrorçu təşkilatlara qarşı əməliyyatlara başlayıblar. Bu əməliyyatlar Latın Amerikası və Karib dənizindəki tərəfdaşlarımızın narkoterrorizmlə mübarizəyə olan sadiqliyini nümayiş etdirir", - bəyanatda deyilir.
On March 3, Ecuadorian and U.S. military forces launched operations against Designated Terrorist Organizations in Ecuador. The operations are a powerful example of the commitment of partners in Latin America and the Caribbean to combat the scourge of narco-terrorism.
Together,… pic.twitter.com/MrkKZcrDbs
— U.S. Southern Command (@Southcom) March 4, 2026