Samuxda qadın bıçaqlanıb.
Hadisə Əhmədbəyli kəndində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü E.Ələkbərova ailə münaqişəsi zəminində bıçaq xəsarəti alıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəni törətməkdə isə E.Ələkbərovanın oğlu, 2005-ci il təvəllüdlü R.Ələkbərov şübhəli bilinir.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.