Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 5-də ümumi çəkisi 57,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 27,6 kiloqrama yaxın heroin, 26,4 kiloqramdan artıq marixuana, 3,6 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 1723 ədəd güclü təsiredici xassəyə malik metadon həbi olub.