11,9 KQ NARKOTİK, 501 ƏDƏD METADON HƏBİ ƏLƏ KEÇİRİLDİ – Əməliyyat + AUDİO

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 3-də ümumi çəkisi 11,9 kiloqramdan artıq narkotik vasitə və 501 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.