Narkotik əməliyyatında 4 kuryerin mədəsindən 1.392 Kq metamfetamin tapıldı - VİDEO

Türkiyənin Bitlis Vilayət Polis İdarəsinin Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsinin narkotiklərlə mübarizə çərçivəsində apardığı səylər nəticəsində Tatvan rayonunda əhəmiyyətli əməliyyat həyata keçirilib. 

Stopnarkotik.az xəbər verir ki, dayandırılan sərnişin avtobusunda aparılan yoxlamalar zamanı rentgen və tomoqrafiya görüntülərinə görə 4 xarici vətəndaşın mədə və bağırsaqlarında narkotik daşıdığı müəyyən edilib. Prosedurlar nəticəsində 117 ədəd bağlamada ümumilikdə 1 kilo 392 qram metamfetamin müsadirə edildi. Müsadirə edilən əşyalar 1 kilo 392 qram metamfetaminlə yanaşı 117 ədəd kapsulalı narkotik olub.

"Narkotik maddələrin istehsalı və qaçaqmalçılığı" cinayətinə görə saxlanılan 4 şübhəli polis bölməsindəki prosedurlardan sonra məhkəmə tərəfindən həbs edilib.

Stopnarkotik.az