Türkiyənin Qaziantep şəhərinin polis qrupları narkotiklərlə mübarizə çərçivəsində əməliyyat keçirib.
Stopnarkotik.az xəbər verir ki, 3 nəqliyyat vasitəsi və 3 yaşayış məntəqəsini hədəf alan əməliyyat zamanı 8 kiloqram 500 qram metamfetamin aşkar edilib. Əməliyyat zamanı tutulan şübhəli haqqında qanuni tədbirlər başlanıb.
Stopnarkotik.az