"İran 11 nüvə bombası istehsal edə biləcəyi ilə öyünürdü" - TRAMPIN NÜMAYƏNDƏSİ

İran danışıqlar zamanı kifayət qədər zənginləşdirilmiş uranı olduğunu və bu uranla 11 nüvə bombası istehsal edə biləcəyi ilə öyünürdü.

Bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff “Fox News”a bildirib.

Uitkoff qeyd edib ki, İran tərəfi bunu ilin əvvəlində keçirilən ilk danışıqlar zamanı etiraf edib.

Trampın xüsusi nümayəndəsinin sözlərinə görə, həmin görüşdə hər iki iranlı nümayəndə ABŞ tərəfinə birbaşa bildirib ki, onların əlində 460 kq 60%-lik zənginləşdirilmiş uran var və bununla 11 nüvə bombası istehsal edə biləcəklər.