"Bu, şiələrə qarşı müharibə elanıdır" - İRAN PREZİDENTİ

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, İranın ali rəhbəri Əli Xameneinin öldürülməsi dünyadakı bütün şiə müsəlmanlara müharibə elanı kimi qiymətləndirilməlidir.

Stopnarkotik.az xəbər verir ki, o, müvafiq bəyanatı "Telegram" kanalında paylaşıb.

"İranın birinci siyasi şəxsinin və bütün şiə icmasının liderinin öldürülməsi bütövlükdə müsəlmanlara, xüsusən də bütün dünyadakı şiələrə qarşı açıq müharibə elanıdır", - deyə o vurğulayıb.