Ermənistan hökuməti yeni parlamentin iclasından əvvəl istefa verəcək.
Bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında açıqlayıb.
Ermənistan Konstitusiyasına əsasən, Nazirlər Kabineti istefa verir, bunun ardınca isə prezident parlamentdə üstünlüyə malik partiya tərəfindən təqdim edilən namizədi Baş nazir təyin edir.
Ermənistan parlamenti isə avqustun 2-də öz işinə başlayacaq və yeni hökuməti formalaşdıracaq.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyası qalib gəlib.