İsrail vətəndaşı Boris Volfman Moskvada insan alveri və ağır bədən xəsarəti yetirmə ittihamı ilə mühakimə olunur. İstintaq Komitəsinin məlumatına görə, Volfman Kosovonın “Medicus” klinikasında qanunsuz insan orqanlarının çıxarılması və satışında iştirak edib.
Volfmanın işi çətin maddi vəziyyətdə olan rusları tapmaq və onları orqanlarını satmağa inandırmaq olub. O birbaşa əməliyyatlarda iştirak etməyib, amma orqan satışı üçün şəxslər axtarıb. Çətin maddi vəziyyətdə olan insanları böyrəklərini 10.000 və ya 18.000 avroya satmağa inandırıb, (transplantasiyalar müştərilərə 80.000 avroya başa gəlib.
Volfman günahsız olduğunu bildirib və məhkəmədə hərəkətlərini "tibbi turizmin təşkili" kimi təsvir edib. Onu 15 ilə qədər həbs cəzası gözləyir.
Vətəndaşının həbsi ilə bağlı şərh verən İsrail Rusiya hüquq-mühafizə orqanlarını antisemitizmdə ittiham edib. Onlar Volfmanın yalnız etnik mənsubiyyətinə görə saxlanıldığına inanırlar.
Stopnarkotik.az