Putin 8 Mart təbrikini axıra çatdıra bilmədi - VİDEO

Kreml tərəfindən yayılan videoda texniki səhv diqqət çəkib. Belə ki, Rusiyanın prezidenti Vladimir Putinin 8 Mart beynəlxalq qadınlar günü münasibətilə xanımlara ünvanladığı təbrik müraciətinin uğursuz dub­lu təsadüfən rəsmi platformalarda paylaşılıb.

Kadrlarda Putin çıxışa başlayarkən nitqini yarımçıq kəsir və

“Bilirsiniz, gəlin bunu bir də deyim, boğazım qıcıqlandı” ifadəsini işlədir. Bundan sonra o, müraciəti yenidən çəkməyi təklif edir. Videoda Rusiya prezidenti bir neçə saniyə öskürür, səsini təmizləyir və ardınca təxminən üç dəqiqə davam edən təbrik çıxışını yenidən səsləndirir. Qeyd olunur ki, uğursuz dub­lunun yayımlanması ehtimal ki, texniki səhv nəticəsində baş verib. Daha sonra görüntü sosial şəbəkələrdə sürətlə yayılaraq müzakirələrə səbəb olub./musavat.com