SEPAH-ın daha 3 komandiri öldürüldü - BİR NEÇƏ ZABİT DƏ MƏHV EDİLİB

İsrail həyata keçirilən əməliyyat zamanı İran və Hizbullahla əlaqəli bir neçə yüksək rütbəli şəxsin öldürüldüyünü açıqlayıb.

Bu barədə məlumatı İsrail Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, hücum Beyrut şəhərində yerləşən və komandanların gizləndiyi mülki hoteli hədəf alıb.

İsrailin açıqlamasına görə, əməliyyat nəticəsində aşağıdakı şəxslər öldürülüb:

 • Məcid Həsəni – Hizbullah üçün maliyyələşdirmə və silah istehsalına cavabdeh şəxs;

 • Əlirza Biazər – SEPAH-ın Qüds qanadının kəşfiyyat şöbəsinin rəhbəri;

 • Əhməd Rəsuli – Fələstin Korpusunun kəşfiyyat zabiti. 

İsrail tərəfinin məlumatına görə, hücum zamanı kəşfiyyat zabiti Hüseyn Əhmədlu və Hizbullah nümayəndəsi Əbu Məhəmməd Əli də öldürülüb.