Oğurluqla əlaqədar həbs olunmuşdu, yenidən ələ keçdi - XƏTAİDƏ KEÇMİŞ MƏHKUM SAXLANILDI

Bakının Xətai rayonu ərazisindəki evlərin birindən 1500 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, o, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb. 

Faktla bağlı araşdırma aparılır.