Narkotik ticarətinə qarşı mübarizənin “liderləri”! – SENTYABRDA SUMQAYIT POLİSİ FƏRQLƏNMƏYİ BACARIB

Stopnarkotik.az-dan tam fərqli layihə!

Dəyərli oxucular!

Stopnarkotik.az saytı hər ay öz fərqli layihəsi ilə görüşünüzə gəlməkdədir.

Sizlərə də məlum olduğu kimi, saytımızın əməkdaşları ay ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə aparan rəsmi qurumların fəaliyyətini yaxından izləyərək, onların “məhsuladarlığı” ilə bağlı müqayisəli təhlil yazısı dərc etməkdədir. Bununla, hər bir qurumun fəaliyyəti ilə əlaqədar geniş bilgilər əldə etməklə yanaşı, ayın “lideri” seçilənləri də tanımış olursunuz.

Əlavə olaraq, hər ayın yekununda bütün dövlət qurumlarının hesabat dövründə gördüyü işlərlə bağlı mətbuatda dərc olunan yazıların statistikasını da sizlərə təqdim etməkdəyik.

Layihə çərçivəsində təkcə qurumlararası rəqabət mühiti yaratmağa çalışmır, o cümlədən, polis idarələri və rayon polis şöbələrinin narkotik alverinə, narkomaniyaya qarşı apardığı fəaliyyəti də müqayisəli şəkildə təqdim edirik.

Beləliklə, bu dəfə SENTYABR ayının nəticəsi ilə oxucularımızı tanış edirik.

**

İlk öncə onu qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) ötən aylarda olduğu kimi, sentybarda da narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar mətbuata gündəlik rəsmi açıqlamalarını davam etdirib. DİN-in rəsmi məlumatlarına əsasən deyə bilərik ki, sentybarda narkotik ticarəti ilə məşğul olan 502 nəfər həbs olunub. Xatırladaq ki, bu, ötən aya nisbətən 144 nəfər azdır. Hansı ki, avqustda narkotik ticarəti ilə məşğul olan 646 nəfərin biləyinə qandal vurulmuşdu.

DİN-in sentyabrda keçirdiyi əməliyyatlarla bağlı aşağıdakı linkə daxil olaraq, daha ətraflı informasiya əldə edə bilərsiniz:

 

Bundan əlavə, sentyabrda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən 2, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Su Nəqliyyatında Polis İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən isə ayrı-ayrılıqda 1 əməliyyat keçirilib ki, bu zaman xeyli miqdarda narkotik vasitə ələ keçirilməklə yanaşı, saxlanılanlar da olub: 

Hesabat dövründə Daxili İşlər Nazirliyi və Penitensiar Xidmətin əməkdaşları tərəfindən də ortaq 1 əməliyyat keçirilib ki, nəticədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb: 

Sentyabrda Dövlət Sərhəd Xidməti (DSX) özünün passiv fəaliyyəti ilə seçilib. Belə ki, qurum avqustda 4 əməliyyat keçirsə də, sentyabr ayında cəmi 1 dəfə fərqlənə bilib və bu zaman İrandan ölkəmizə külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb:

**

DSX hesabat dövründə avqustda keçirdiyi əməliyyatlarla bağlı hesabat xarakterli açıqlama da yayıb ki, onu da dəyərli oxucularımıza təqdim edirik:

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti də, görünür, sentyabrda “açıq qapı ayı” təşkil edərək, məhkumlara göndərilən əşyalara o qədər də ciddi nəzarət etməyib. Çünki avqustada 3 dəfə təcridxanaya (ərinə, qohumuna, tanışına və s.) narkotik maddə keçirilməsinin qarşısı alınsa da, sentyabrda bircə fakt da aşkarlanmayıb.

Dövlət Gömrük Komitəsi (DGK) avqustda mübarizəyə töhfə verə bilməsə də, sentyabrda bir fakt üzrə seçilə bilib:

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası da hər ay olduğu kimi, sentyabrda da narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı statistik məlumatları açıqlamaqla işini bitmiş hesab edib:

Ölkə üzrə polis idarə və şöbələrinin fəaliyyətinə gəldikdə isə, avqustda olduğu kimi, sentyabrda da ümumi nəticəni qənaətbəxş hesab etmək olmaz. Hansı ki, paytaxt Bakının rayonları ilə birlikdə sentyabrda cəmi 28 polis idarə və şöbəsi narkotiklərin qanunsuz dövriyyəsinin və narkomaniyanın qarşısının alınması istiqamətində aparılan mübarizəyə dəstək verməyi bacarıblar. Bunların da əksəriyyəti, yəni 21-i yenə ay ərzində cəmi 1 fakt üzrə seçilə bilib.

Beləliklə, dəyərli oxucularımızı sentyabrda daha fəal olan polis idarə və şöbələrinin fəaliyyəti ilə yaxından tanış edək. Məlumat üçün bildirək ki, ötən ay Sumqayıt Şəhər Polis İdarəsi (RPİ) 4 uğurlu əməliyyat keçirməklə, ilk yerdə qərarlaşıb. Lakin bu əməliyyatlardan biri zamanı üzərində narkotik aşkarlanan keçmiş məhbusun ölməsi faktı da yaşanıb ki, bu da polis əməkdaşlarının işinə kölgə salır. Bununla belə, ümumilikdə Sumqayıt polislərinin sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsini qənaətbəxş hesab etmək olar:

Hesabat ayının ikincisi Ağcabədi Rayon Polis Şöbəsi (RPŞ) olub. Belə ki, Ağcabədi polis əməkdaşları sentyabrda 3 uğurlu əməliyyat keçirərək, öz həmkarlarından fərqlənməyi bacarıblar:

Abşeron RPİ, Sabunçu RPİ, Səbail RPİ, Xətair RPİ və Bərdə RPŞ isə hesabat dövründə 2 əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə töhfə veriblər:

Balakən RPŞ, Binəqədi RPİ, Cəlilabad RPŞ, Gəncə ŞPŞ, Göygöl RPŞ, Hacıqabul RPŞ, İsmayıllı RPŞ, Lənkəran RPŞ, Lerik RPŞ, Masallı RPŞ, Nərimanov RPİ, Nəsimi RPİ, Oğuz RPŞ, Qazax RPŞ, Qəbələ RPŞ, Sabirabad RPŞ, Şabran RPŞ, Şəmkir RPŞ, Tovuz RPŞ, Xızı RPŞ və Zaqatala RPŞ isə ötən ay hərəyə 1 əməliyyatla fərqlənməyi bacarıblar:

 

Təkrar cinayətkarlıq

**

Sentyabrda ümumilikdə 45 təkrar cinayətkarlıq faktı qeydə alınıb ki, bunun 16-sı məhz narkotiklə, 29-u digər cinayətlərlə bağlı olub.

Dəfələrlə qeyd etdiyimiz kimi, əslində, təkrar cinayətkarlıq faktı ilə bağlı son ayların statistikası cəmiyyətdə SOS siqnalı veriləcək dəhşətli nəticə hesab oluna bilər. Bu, ən azı onu deməyə əsas verir ki, hazırda ölkə həbsxanaları heç də məhbusları islah etmir, əksinə, belə demək mümkündürsə, yeni-yeni kriminal ünsürlər yetişdirərək, topluma ixrac edir.

Onu da nəzərə alsaq ki, açıqladığımız rəqəmlər sadəcə Stopnarkotik.az saytının aşkarladığı məlumatlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan faktların daha çox olduğunu da nəzərə alsaq, ölkədə təkrara cinayətkarlığın cəmiyyətimiz üçün ciddi problemə çevrildiyini deyə bilərik.

Bu haqda aşağıdakı linkə daxil olaraq, daha ətraflı məlumat əldə edə bilərsiniz: 

 

Sentyabrda ölkə üzrə narkotikin təsiri altında avtomobil idarə edən 8 sürücü də saxlanılıb ki, bunlar da yol polisinin aktivinə yazılmalı olan hallardır: 

Yeri gəlmişkən, hesabat dövründə narkotik ticarəti ilə bağlı 3 qalmaqallı məhkəmə prosesi də keçirilib ki, bunlar medianın diqqətini cəlb edib: 

Beləliklə, 2024-cü il sentyabr ayının yekun mənzərəsinə əsasən qeyd edə bilərik ki, ölkəmizdə narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görüləcək hələ çox işlər var. İnanırıq ki, qarşıdakı aylarda bu bəladan xilas olmaq üçün hər bir vətəndaşımız əlindən gələni əsirgəməyəcək, 44 günlük İkinci Qarabağ Müharibəsində olduğu kimi, yenə də ölkəmizi, gəncliyimizi “narkotik savaşı” ilə məhv etməyə çalışan xarici qüvvələrə qarşı həmrəylik nümayiş etdirəcəyik.

Stopnarkotik.az saytı olaraq hər bir vətəndaşımıza sağlam həyat, sağlam gələcək arzu edirik.

Stopnarkotik.az

P.S. Dəyərli oxucularımızın diqqətinə onu da çatdıraq ki, 2023-cü ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları, eləcə də 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul və avqust aylarında narkotik ticarətinə qarşı mübarizənin nəticəsi ilə tanış olmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz: