BAKIDA NARKOPRİTON TƏŞKİL EDƏN ŞƏXSLƏR POLİSƏ ATƏŞ AÇDI - Bir nəfər zərərsizləşdirildi, külli miqdarda narkotik və silah aşkarlandı 

Paytaxtın Sabunçu rayonunda narkopritonda silahlı insident olub. 

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sentyabrın 4-də saat 21 radələrində paytaxtın Sabunçu rayonunda polis əməkdaşları tərəfindən evlərin birində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli daxil olan məlumat üzrə əməliyyat keçirilib. 

Əməlliyyat tədbirində polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib. 

Müəyyən edilib ki, narkopriton təşkil edən şübhəli şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məmmədov Akif Zakir oğludur. 

Hadisə yerindən 2 kq müxtəlif növlü narkotik vasitələr və “Makarov” markalı tapança aşkar olunaraq götürülüb. 

Fakt üzrə araşdırmalar davam etdirilir.

Stopnarkotik.az