Sumqayıtda narkotik alverçisi saxlanıldı - ÜZƏRİNDƏ MARİXUANA VƏ "PATI" AŞKARLANDI

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Səfərov saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, o, Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb. 

Ondan marixuana, metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.  

Faktla bağlı araşdırma aparılır.