Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanıldı

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Məhəmməd Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətin Stopnarkotik.az-a verilən məlumata görə, M.Əliyevin yaşadığı ünvana baxış zamanı həyətyanı sahəsindən aqrotexniki qulluqla yetişdirilən çətənə bitkiləri və evindən marixuana aşkarlanıb.

"Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd edilib.