Narkotik ticarətinə qarşı mübarizənin “liderləri”! – İYUNDA ABŞERON POLİS İDARƏSİNİN ƏMƏKDAŞLARI DAHA AKTİV OLUB... / SİYAHI

Stopnarkotik.az-dan yeni və tam fərqli layihə!

Dəyərli oxucular!

Xəbər verdiyimiz kimi, Stopnarkotik.az saytı hər ayın əvvəlində yeni və tam fərqli layihə ilə görüşünüzə gəlməkdədir.

Belə ki, saytımızın əməkdaşları ay ərzində Azərbaycanda narkotik ticarətinə və narkomaniyaya qarşı mübarizə aparan rəsmi qurumların fəaliyyətini yaxından izləyərək, hər ayın yekununda onların “məhsuladarlığı” ilə bağlı müqayisəli təhlil yazısı dərc etməkdədir. Bununla, hər bir qurumun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, ayın “lideri” olanları da tanımış olursunuz.

Əlavə olaraq, hər ayın yekununda bütün dövlət qurumlarının ay ərzində gördüyü işlərlə bağlı mətbuatda dərc olunan yazıların statistikasını da yazılı və yaxud cədvəl şəklində sizlərə təqdim edəcəyik.

Qeyd: Layihə çərçivəsində təkcə qurumlararası rəqabət mühiti yaratmağa çalışmırıq, o cümlədən, tutaq ki, polis idarələri və rayon polis şöbələrinin narkotik alverinə, narkomaniyaya qarşı apardığı fəaliyyət də müqayisəli şəkildə təhlil olunur.

Beləliklə, bu dəfə 2023-cü ilin iyun ayının statistikası ilə oxucularımızı tanış edirik.

İlk öncə onu qeyd edək ki, Daxili İşlər Nazirliyinin gündəlik verdiyi rəsmi açıqlamasına görə, iyun ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar ümumilikdə 596 nəfər saxlanılıb. Siyahı ilə tanış olmaq üçün linkə daxil olun:

 

Məlumat üçün bildirək ki, iyunda narkotik ticarətinə qarşı mübarizədə Dövlət Sərhəd Xidməti (DSX) ən çox aktivlik göstərən qurum olub. Hansı ki, bu ay ərzində DSX 6 fakt üzrə İrandan ölkəmizə daxil olan narkotikin qarşısını alıb və hər dəfə külli miqdarda narkotik ələ keçirilməklə yanaşı, çox sayda qaçaqmalçı da yaxalanıb:

Narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizədə ötən ayın “lideri” olan Daxili İşlər Nazirliyi (DİN) iyunda bir qədər passiv olub. Belə ki, ayrı-ayrı polis idarələri istisna olmaqla, DİN bu dəfə cəmi 3 əməliyyat keçirməklə “özünü göstərə bilib”. Bunun da biri DSX ilə birgə keçirilən əməliyyat olub.

İyun ayında Ədliyyə Nazirliyinin Penitensiar Xidməti də passiv mövqe nümayiş etdirib. Belə ki, bu qurum may ayında 6 nəfərin təcridxanaya (ərinə, qohumuna, tanışına və s.) narkotik keçirməsinin qarşısını alsa da, iyunda cəmi 3 fakt aşkarlanıb:

Eynilə, Dövlət Gömrük Komitəsi (DGK) də ötən aya nisbətən xeyli geriləyərək, hesabat dövründə cəmi 1 fakt üzrə mətbuatda özündən bəhs etdirə bilib:

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası da iyun ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı aparılan əməliyyatlarla bağlı açıqlama verib. Hansı ki, qurumun hesabatında külli miqdarda narktik maddənin dövriyyədən çıxarılması, narkotiklərin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb olunanların siyahısı və s. əks olunub.

İyun ayı ərzində DİN-in keçirdiyi məlum əməliyyatlardan əlavə, bir sıra rayonun polis idarələri də narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizədə aktivlik nümayiş etdirib. Bunlar arasında “lider” ötən ayın ikincisi olan Abşeron Rayon Polis İdarəsi olub.

Yəni iyun ayı ərzində Abşeron polisi ayrı-ayrılıqda 5 əməliyyat keçirib ki, bunların hər birində xeyli miqdarda narkotik maddə ələ keçirilməklə yanaşı, onlarla şəxs də saxlanılıb:

Narkotik alverçilərinə qarşı mübarizədə Abşeron RPİ-dən sonra ən çox aktivlik göstərən Lənkəran Rayon Polis Şöbəsi olub. Hansı ki, bu idarənin əməkdaşları iyunda 4 dəfə əməliyyat keçirməklə, külli miqdarda narkotik vasitə ələ keçirib, bir neçə nəfəri isə saxlayıblar. Bundan əlavə, hesabat dövrü ərzində Lənkəran polisin təşkilatçılığı ilə 1 dəfə məktblilər arasında narkomaniyanın zərərli vərdişləri ilə bağlı marrifləndirici tədbir keçirilib:

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları da iyun ayında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə fəal olublar. Belə ki, onlar ay ərzində 3 uğurlu əməliyyat keçiriblər və bu zaman ümumilikdə 4 nəfər saxlanılıb.

Suraxanı Rayon Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi, Nizami Rayon Polis İdarəsi, Gəncə Şəhər Polis İdarəsi, Sumqayıt Şəhər Polis İdarəsi, Ağcabəri Rayon Polis Şöbəsi, Masallı Rayon Polis Şöbəsi, Sabirabad Rayon Polis Şöbəsi, Şəmkir Rayon Polis Şöbəsi, Şirvan Rayon Polis Şöbəsi, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları da iyun ayını “məhsuldar” keçiriblər. Belə ki, onlar bu ay ərzində hər biri 2 əməliyyat faktı üzrə çox sayda narkokuryeri saxlamaqla yanaşı, külli miqdarda narkotik vasitə də ələ keçirblər.

 

İyun ayı ərzində Binəqədi Rayon Polis İdarəsi, Nərimanov Rayon Polis İdarəsi, Saatlı Rayon Polis Şöbəsi, Şirvan Rayon Polis Şöbəsi, Salyan Rayon Polis Şöbəsi, Lerik Rayon Polis Şöbəsi, Astara Rayon Polis Şöbəsi, Cəlilabad Rayon Polis Şöbəsi, Balakən Rayon Polis Şöbəsi, Bərdə Rayon Polis Şöbəsi, Biləsuvar Rayon Polis Şöbəsi, Hacıqabul Rayon Polis Şöbəsi, Xaçmaz Rayon Polis Şöbəsi, Qazax Rayon Polis Şöbəsi, Ucar Rayon Polis Şöbəsi, Yevlax Rayon Polis Şöbəsi, Quba Rayon Polis Şöbəsi, Neftçala Rayon Polis Şöbəsi, Qusar Rayon Polis Şöbəsi, Qəbələ Rayon Polis Şöbəsi, Ağdam Rayon Polis Şöbəsi, Ağdaş Rayon Polis Şöbəsi və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları da ay ərzində 1 əməliyyat keçirməklə, digər rayonlardan fərqlənə biliblər.

 

Bütün bunlardan əlavə, bəzi rayonların polis əməkdaşları narkotik tərkibli bitkilərin məhv edilməsi ilə bağlı da aktivlik göstəriblər. Bu zaman isə Laçın Rayon Polis Şöbəsinin əməkdaşları fərqləniblər. Sonrakı ardıcılıllıq isə belədir: Xocavənd Rayon Polis Şöbəsi, Yardımlı Rayon Polis Şöbəsi, Tərtər Rayon Polis Şöbəsi, Ağdaş RPŞ, Ağdam RPŞ, Balakən RPŞ, Bərdə RPŞ, Qazax RPŞ, Qəbələ RPŞ, Neftçala RPŞ, Qubadlı RPŞ, Oğuz RPŞ, Tovuz RPŞ, Zərdab RPŞ, Samux RPŞ, Şəki RPŞ, Şuşa RPŞ.

 

İyun ayı ərzində bəzi rayonların polis əməkdaşları narkotiklərin zərərli vərdişləri ilə bağlı maarifləndirici tədbirlər keçirməklə də, narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı başladılan kampaniyaya dəstək verməyə çalışıblar. Bu siyahıya isə Mingəçevir Şəhər Polis Şöbəsi başçılıq edir:

Onu da qeyd edək ki, bəzi rayonlarda iyun ayı ərzində ümumiyyətlə bu sahədə hər hansı fəaliyyət müşahidə olunmayıb.

Sonda oxucuların diqqətinə onu da çatdıraq ki, hesabat ayı ərzində Bakı və Gəncədə narkotiklə əlaqədar ümumilikdə 2 ölüm faktı qeydə alınıb.

Stopnarkotik.az