İyunun 28-də və 29-da ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 42 cinayətin üstü açılıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Əlavə olaraq narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Ümumilikdə isə iki gün ərzində cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.