İyunun 7-də Nizami rayonunun B.Nuriyev küçəsində Bakı şəhər sakini olan bir nəfərin quldurluq yolu ilə pulunun talanması barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Saleh Allahyarov müəyyən olunaraq saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.