Mingəçevir şəhər 12 saylı tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, şəhər polis şöbəsinin təşəbbüsü ilə keçirilən tədbirdə şagirdlərə dövrümüzün ən aktual problemlərindən olan narkomaniyanın fəsadlarından danışılıb.
Mingəçevir ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev çıxışında ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, bu bəladan qorunma yolları, narkomaniyanın insan sağlamlığına vurduğu zərərlər barədə məktəblilərə ətraflı məlumat verib.
Daha sonra “ağ ölüm”ün fəsadlarını əks etdirən videoçarx nümayiş etdirilib və şagirdlərin sualları cavablandırılıb.
Stopnarkotik.az