Bakıda minik avtomobili motosikletçini vurdu - ANBAAN VİDEO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, bununla bağlı görüntü sosial şəbəkədə paylaşılıb.

Qeyd olunub ki, hadisə iyunun 21-də saat 02:05-də Şıxəli Qurbanov küçəsində qeydə alınıb.

Belə ki, 77-YG-318 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 99-K-795 dövlət nömrə nişanlı motosikleti idarə edən şəxsi vurub.

Hadisənin görüntülərini təqdim edirik: