Bakı sakininin avtomobilindən 6 kiloqramdan çox narkotik aşkarlandı - XƏZƏRDƏ ƏMƏLİYYAT

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Elçin Əliyev saxlanılıb.

Stopnarkotik.az-a verilən məlumata əsasən, şəxsi axtarış zamanı ondan 3 qramdan artıq marixuana aşkar olunub.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “BMW” markalı avtomobilə baxış zamanı oradan əlavə 6 kiloqram 20 qrsm marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az