Keçmiş məhkumdan 1 kq-dan çox heroin götürüldü

Sumqayıtda narkotik aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Şiriyevdən 1 kiloqram 35 qram heroin aşkarlanıb.

Ramin Şiriyev Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində saxlanılıb.