Ötən gün narkotiklə əlaqədar 23 nəfər saxlanılıb – RƏSMİ AÇIQLAMA

İyunun 12-də ölkədə qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 161, o cümlədən borclu şəxs qismində axtarışda olan 139 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.