Şəmkir sakinlərindən narkotik götürüldü - FOTOLAR

Şəmkir Rayon Polis Şöbəsinin və tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və yetişdirməkdə şübhəli bilinən rayon sakinləri saxlanılıb.

DİN-dən Stopnarkotik.az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində Elşən Əsgərov, Pərviz Əliyev, Vasif Nəsibzadə və Aqil Alıyevdən narkotik vasitə olan marixuana və metamfetamin aşkar olunaraq götürülüb.

Bundan başqa keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Ceyhun Məmmədov, Ülfət Məhəmmədli və Emin Tağıyevin fərdi yaşayış evlərinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə əkdikləri müxtəlif ölçüdə və çəkidə narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Faktlarla bağlı polis şöbəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Şəmkir sakinlərində narkotik aşkarlandı - FOTO

Şəmkir sakinlərində narkotik aşkarlandı - FOTO

Şəmkir sakinlərində narkotik aşkarlandı - FOTO