Tovuzda 11 tona yaxın narkotik tərkibli bitki məhv edildi – FOTOLAR

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Hunanlar, Əyyublu, Əlimərdanlı kəndlərinin ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, ümumi çəkisi 10 ton 633 kiloqram olan, 8414 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.