Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Tağaverd kəndi ərazisindəki meṣə massivində yabanı halda bitən, çəkisi 1 ton 500 kiloqram olan 5000 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.