Ekzotik məşğuliyyət istifadəçiyə nələrə başa gəlir?

Pakistanın bəzi bölgələrində insanlar narkotik sərxoşluğu və narkotik effektini əldə etmək üçün qurudulmuş əqrəblərdən istifadə edirlər.

Stopnarkoitk.az xəbər verir ki, bundan ötrü əqrəblər bir neçə gün günəş altında qurudulur yaxud qızardılır. Sonra isə toz halına salınaraq təkbaşına və ya tütün, həşişlə birlikdə çəkilir. Bildirilir ki, bu maddə sinirlərə təsir edir və təsiri 10 saata qədər davam edə bilər.

İstifadə edənlərin dediyinə görə, əqrəbin təsiri altında onlara əşyalar rəqs edirmiş kimi görünür, əvvəl qısa müddət özlərini yaxşı hiss edirlər, sonra isə güclü yorğunluq yaşayırlar. Həmçinin hərəkət etmək və ətrafda baş verənləri anlamaq çətinləşə bilir.

Həkimlər bildirirlər ki, əqrəb zəhəri sağlamlıq üçün çox təhlükəlidir. Uzun müddət istifadə edilməsi beyinə və ağciyərlərə zərər verə, yaddaşı zəiflədə və nəfəs almaqda çətinlik yarada bilər.

Bildirilib ki, istifadəni dayandırdıqdan sonra yuxusuzluq, güclü tərləmə və bir neçə gün davam edən güclü baş ağrıları ola bilər. Bəzi insanlar isə əqrəb toxundan istifadədən sonra uzun müddət heç nədən zövq ala bilmədiklərini deyirlər. 

Stopnarkotik.az