Ağsuda məktəblilərə narkotik vasitələrin zərərlərindən danışılıb – FOTOLAR

Ağsu Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə  şəhər 1 saylı tam orta məktəbdə “Narkomaniya və digər zərərli vərdişlərə yox deyək” adlı maarifləndirmə tədbiri keçirilib.

Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edənlər məktəblilərə narkomaniyanın səbəb olduğu ağır fəsadlar barədə ətraflı məlumat verib, ölkəmizdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərindən söz açıblar.

Daha sonra mövzu ilə əlaqəli şagirdləri maraqlandıran suallar ətrafında diskussiya aparılıb.

Stopnarkotik.az