Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Xoruzlu kəndi ərazisində yabanı halda bitən, çəkisi 2 ton 300 kiloqram olan 3200 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.