Laçında 1 ton 250 kiloqram çətənə bitkisi məhv edildi - FOTO

Laçın Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Zabux qəsəbəsinin ərazisində, eyniadlı çayın sahilində çətənə bitkiləri aşkar edilib.

Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan Stopnarktik.az-a verilən məlumata görə, qeyd olunan ərazidə yabanı halda bitən çəkisi 1 ton 250 kiloqram olan 2850 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.