Oğuzda 5 tona yaxın narkotik tərkibli bitki məhv edildi - VİDEO, FOTOLAR

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı Bayan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 4 ton 470 kiloqram olan 2650 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Stopnarkotik.az