Bu ilin yanvar-may aylarında narkotiklərin qanunsuz dövriyyəsinə görə 3 323 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Stopnarkotik.az xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü ilin yanvar-may aylarının yekununa dair məlumatında əksini tapıb.
Qeyd edilib ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 43 nəfəri xarici ölkə vətəndaşıdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 100-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 822 kq 934,9 qr və 190 ədəd metadon narkotik vasitə, psixotrop maddə və 157,5 qr güclü təsir edən maddə müsadirə olunub. 1192 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 811 kq 844,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.