Abşeron RPİ Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində hərəkətdə olan “Ravon” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan, “VAZ-21150” markalı avtomobillə isə avtoxuliqanlıq hərəkətləri edən sürücülər saxlanılıb.
Stopnakotik.az xəbər verir ki, “Ravon” markalı avtomobilin sürücüsü Mahir Abbasovun özünü qeyri adekvat aparması şübhə doğurduğundan tibbi müayinədən keçirilib və onun narkotik vasitə istifadə edərək avtomobil idarə etməsi müəyyən olunub.
“VAZ-21150” markalı avtomobilin sürücü Şəmistan Mirişlinin isə nəqliyyat vasitələrini idarəetmə hüququnun olmadığı müəyyən edilib. O idarəetmədən kənarlaşdırılıb, nəqliyyat vasitəsi onun iştirakı ilə mühafizə olunan duracağa yerləşdirilib.
Hər iki sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Məhkəmənin qərarları ilə Ş.Mirişli 15 sutka, M.Abbasov isə 30 sutka inzibati qaydada həbs ediliblər.
Stopnakotik.az