Oğurluğa görə saxlanılan keçmiş məhbusların üzərində heroin aşkarlandı

İyunun 22-də gecə saatlarında Nizami rayonu ərazisində Bakı şəhər sakini V.Hüseynovun mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) Stopnarkotik.az-a verilən məlumata əsasən, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elçin Süleymanov və Fuad Cəfərzadə müəyyən olunaraq saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az