Tərtərdə narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib - FOTO

Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Sarov kənd tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb.