Narkotik ticarətinə qarşı mübarizənin “liderləri”! – İYULDA SABİRABAD POLİS ŞÖBƏSİNİN ƏMƏKDAŞLARI DAHA AKTİV OLUB... / SİYAHI

Stopnarkotik.az-dan yeni və tam fərqli layihə!

Dəyərli oxucular!

Xəbər verdiyimiz kimi, Stopnarkotik.az saytı hər ayın əvvəlində yeni və tam fərqli layihə ilə görüşünüzə gəlməkdədir.

Belə ki, saytımızın əməkdaşları ay ərzində Azərbaycanda narkotik ticarətinə və narkomaniyaya qarşı mübarizə aparan rəsmi qurumların fəaliyyətini yaxından izləyərək, hər ayın yekununda onların “məhsuladarlığı” ilə bağlı müqayisəli təhlil yazısı dərc etməkdədir. Bununla, hər bir qurumun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, ayın “lideri” olanları da tanımış olursunuz.

Əlavə olaraq, hər ayın yekununda bütün dövlət qurumlarının ay ərzində gördüyü işlərlə bağlı mətbuatda dərc olunan yazıların statistikasını da yazılı və yaxud cədvəl şəklində sizlərə təqdim edəcəyik.

Qeyd: Layihə çərçivəsində təkcə qurumlararası rəqabət mühiti yaratmağa çalışmırıq, o cümlədən, tutaq ki, polis idarələri və rayon polis şöbələrinin narkotik alverinə, narkomaniyaya qarşı apardığı fəaliyyət də müqayisəli şəkildə təhlil olunur.

Beləliklə, bu dəfə 2023-cü ilin iyul ayının statistikası ilə oxucularımızı tanış edirik.

Öncə onu qeyd edək ki, Daxili İşlər Nazirliyi tərəfindən gündəlik verilən rəsmi açıqlamaya görə, iyul ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar ümumilikdə 653 nəfər saxlanılıb. Daha ətraflı aşağıdakı çərçivəyə tıklayaraq məlumat ələd edə bilərsiniz:

 

Məlumat üçün bildirək ki, ötən aylara – may və iyun ayına nisbətən iyulda narkotik ticarətinə qarşı mübarizədə ciddi passivlik müşahidə olunub. Doğrudur, həbs olunanların sayı təxminən 100 nəfər artıb, amma bir çox rayonların polis şöbələri may və iyun ayı ilə müqayisədə, sanki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni “dondurub”. Belə ki, ötən aylarda bir neçə fakt üzrə özünü göstərən polis şöbələri hesabat dövründə sırdan bir narkomanı belə, saxlamayıb.

Eynilə, bəzi dövlət qurumları haqda da oxşar fikri söyləmək olar. Məsələn, may və iyun ayında narkotik ticarətinə qarşı mübarizədə Dövlət Sərhəd Xidməti (DSX) ən çox aktivlik göstərən qurum olsa da, iyulda cəmi 4 dəfə mediada özündən bəhs etdirə bilib:

Narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizədə Daxili İşlər Nazirliyi (DİN) də iyundakı passivliyini bir qədər artırıb. Belə ki, DİN 2023-cü ilin 6 ayı ərzində narkotik ticarətinə qarşı aparılan mübarizə ilə bağlı hesabat verməklə və bir dəfə Dövlət Sərhəd Xidməti, bir dəfə də Penitensiar Xidmətlə ortaq əməliyyat keçirməklə iyuldakı işini bitmiş hesab edib:

Həmçinin, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən də ayrı-ayrılıqda 1 əməliyyat keçirilib ki, bunları da DİN-in aktivinə yazmaq olar:

İyun ayında Ədliyyə Nazirliyinin Penitensiar Xidməti isə bir qədər aktiv mövqe nümayiş etdirib. Belə ki, bu qurum iyun ayında 3 nəfərin təcridxanaya (ərinə, qohumuna, tanışına və s.) narkotik keçirməsinin qarşısını alsa da, iyulda 4 fakt aşkarlanıb:

Dövlət Gömrük Komitəsi (DGK) də ötən ay olduğu kimi, heasbat dövründə cəmi 1 fakt üzrə mətbuatda özündən bəhs etdirə bilib:

Beləliklə, iyul ayı ərzində paytxat Bakı da daxil olmaqla, narkotik ticarətinə qarşı mübarizədə aktivlik göstərən polis idarələri və polis şöbələrinin fəaliyyətinə diqqət edək. Qeyd edək ki, ötən ay cəmi 2 əməliyyat keçirən Sabirabad Rayon Polis Şöbəsi bu dəfə ciddi irəliləyiş edərək, 5 fakt üzrə adını siyahının başına yazdırıb və “ayın lideri” statusunu qazanmağa nail olub:

İkinci yerin sahibi ötən ayın birincisi olan Abşeron Rayon Polis İdarəsi olub. Yəni Abşeron polisi iyul ayı ərzində ayrı-ayrılıqda 3 dəfə əməliyyat keçirməklə, digər polis idarələrindən seçilib.

Narkotik alverçilərinə qarşı mübarizədə Abşeron RPİ-dən sonra ən çox aktivlik göstərən, Bakının 3 rayonu – Nizami, Xətai və Nəsimi polis idarələri olub ki, hər biri 2 fakt üzrə adlarını mediada qeyd etdirə bilib.

Paralel olaraq Ağcabədi Rayon Polis Şöbəsi, Ağsu Rayon Polis Şöbəsi, Astara Rayon Polis Şöbəsi, Hacıqabul Rayon Polis Şöbəsi, İmişli Rayon Polis Şöbəsi, Salyan Rayon Polis Şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi də 2 fakt üzrə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə fərqləniblər:

Balakən, Beyləqan, Binəqədi, Füzuli, Goranboy, Göyçay, Xaçmaz, İsmayıllı, Qaradağ, Qazax, Qəbələ, Laçın, Lənkəran, Naftalan, Ucar, Zaqatala və Zərdab rayonlarının polis şöbələri də hərəsi 1 fakt üzrə,“fəaliyyətlərini donduran” polis şöbələrinə nisbətən, iyul ayını “məhsuldar” keçiriblər. Bunlardan narkotik tərkibli bitkilərin məhv edilməsi sahəsində aktivlik göstərənlər də var:

Sonda oxucuların diqqətinə onu da çatdıraq ki, hesabat ayı ərzində Abşeronda narkotiklə əlaqədar 1 ölüm faktı da qeydə alınıb:

Stopnarkotik.az

May və iyun aylarının hesabatı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz: