Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Sumqayıt şəhər sakini Ümid Əhmədovdan 1 kiloqram tiryək, 80 ədəd ekstazi və 400 ədəd metadon həbləri aşkar olunaraq götürülüb.
Stopnarkotik.az xəbər verir ki, davam etdirilən tədbirlərlə onun Bakı şəhərində kirayədə yaşadığı mənzilə baxış zamanı əlavə 71 qramdan artıq metamfetamin, 129 qrama yaxın marixuana, 15 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi də götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az