Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Stopnarkotik.az xəbər verir ki, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən həbs edilmiş Nurlan Cabir oğlu Məmmədliyə tanışı Xəyal Elşən oğlu Bağırovun gətirdiyi sovqatda düyünün içərisində gizlədilmiş 0,334 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.