Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hacıqabul dəmir yolu stansiyası ərazisində saxlanılan Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Xaləddin İmanovdan 262 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən bildirilir.
Faktla bağlı araşdırma aparılır.