Stopnarkotik.az-dan tam fərqli layihə!
Dəyərli oxucular!
Stopnarkotik.az saytı hər ay öz fərqli layihəsi ilə görüşünüzə gəlməkdədir.
Artıq sizlərə də məlum olduğu kimi, saytımızın əməkdaşları ay ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə aparan rəsmi qurumların fəaliyyətini yaxından izləyərək, onların “məhsuladarlığı” ilə bağlı müqayisəli təhlil yazısı dərc etməkdədir. Bununla, hər bir qurumun fəaliyyəti ilə əlaqədar geniş bilgilər əldə etməklə yanaşı, ayın “lideri” seçilənləri də tanımış olursunuz.
Əlavə olaraq, hər ayın yekununda bütün dövlət qurumlarının hesabat dövründə gördüyü işlərlə bağlı mətbuatda dərc olunan yazıların statistikasını da sizlərə təqdim etməkdəyik.
Qeyd: Layihə çərçivəsində təkcə qurumlararası rəqabət mühiti yaratmağa çalışmır, o cümlədən, tutaq ki, polis idarələri və rayon polis şöbələrinin narkotik alverinə, narkomaniyaya qarşı apardığı fəaliyyəti də müqayisəli şəkildə təqdim edirik.
Beləliklə, bu dəfə AVQUST ayının nəticəsi ilə oxucularımızı tanış edirik.
İlk öncə onu qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) avqust ayında da narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar mətbuata gündəlik rəsmi açıqlamalarını davam etdirib. DİN-in məlumatına əsasən deyə bilərik ki, avqustda narkotik ticarəti ilə məşğul olan 646 nəfər həbs olunub. Daha ətraflı aşağıdakı linkə daxil olaraq informasiya əldə edə bilərsiniz:
Bundan əlavə, avqust ayında Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən 3, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən 1 əməliyyat keçirilib ki, bu zaman xeyli miqdarda narkotik vasitə ələ keçirilməklə yanaşı, saxlanılanlar da olub:
Hesabat dövründə Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən də 2 birgə əməliyyat keçirilib ki, nəticədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb:
Avqustda Dövlət Sərhəd Xidməti (DSX) də, ötən ay olduğu kimi, ayrıca 4 əməliyyat keçirib. Hansı ki, bu zaman İrandan ölkəmizə külli miqdarda narkotik keçirilməsinin qarşısı alınmaqla yanaşı, saxlanılanlar da olub:
Eyni zamanda, yuxarıda qeyd etdiyimiz kimi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən 2 əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb:
Bundan əlavə, ötən ay Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidmətinin (DSX) narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşları tərəfindən Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitə aşkar edilib:
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti isə hesabat ayında 3 dəfə təcridxanaya (ərinə, qohumuna, tanışına və s.) narkotik maddə keçirilməsinin qarşısını almağı bacarıb:
Dövlət Gömrük Komitəsi (DGK) ötən aydan fərqli olaraq, avqustda mübarizəyə töhfə verə bilməyib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası da avqust ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı aparılan əməliyyatlar haqda ənənəvi aylıq hesabatını açıqlayıb:
Polis idarə və şöbələrinin ölkə üzrə fəaliyyətinə gəldikdə, isti iyul ayının passivliyi avqustda özünü daha qabarıq formada göstərib. Belə ki, ölkə üzrə cəmi 26 polis idarə və şöbəsi narkotiklərin qanunsuz dövriyyəsinin və narkomaniyanın qarşısının alınması istiqamətində aparılan mübarizəyə dəstək verməyi bacarıblar. Bunların da əksəriyyəti ay ərzində cəmi 1 fakt üzrə seçilə bilib.
Beləliklə, dəyərli oxucularımızı avqustda daha fəal olan polis idarə və şöbələrinin fəaliyyəti ilə yaxından tanış edək. Öncə onu qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsi (RPİ) ötən ay 4 uğurlu əməliyyat imza ataraq ilk yerdə qərarlaşıb:
Hesabat ayının ikinciləri Abşeron RPİ, Şəki Rayon Polis Şöbəsi (RPŞ) və Siyəzən Rayon Polis Şöbəsi olub. Belə ki, sözügedən rayonların polis əməkdaşları avqustda 2 əməliyyat keçirərək, öz həmkarlarından fərqlənməyi bacarıblar:
Nizami RPİ, Nəsimi RPİ, Nərimanov RPİ, Suraxanı RPİ, Sabunçu RPİ, Ağdam RPŞ, Ağsu RPŞ, Bərdə RPŞ, Biləsuvar RPŞ, Füzuli RPŞ, İmişli RPŞ, İsmayıllı RPŞ, Lerik RPŞ, Lənkəran RPŞ, Masallı RPŞ, Qax RPŞ, Qobustan RPİ, Quba RPŞ, Qusar RPŞ, Şəmkir RPŞ, Xaçmaz RPŞ və Zaqataıa RPŞ də hesabat dövründə cəmi 1 əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə töhfə veriblər:
Təkrar cinayətkarlıq
Avqust ayında ümumilikdə 45 təkrar cinayətkarlıq faktı qeydə alınıb ki, bunun 10-u bilavasitə narkotiklə, 35-i isə digər cinayətlərlə bağlı olub.
Dəfələrlə qeyd etdiyimiz kimi, əslində, təkrar cinayətkarlıq faktı ilə bağlı son ayların statistikası cəmiyyətdə SOS siqnalı veriləcək dəhşətli nəticə hesab oluna bilər. Bu, ən azı onu deməyə əsas verir ki, hazırda ölkə həbsxanaları heç də məhbusları islah etmir, əksinə, belə demək mümkündürsə, yeni-yeni kriminal ünsürlər yetişdirərək, topluma ixrac edir.
Onu da nəzərə alsaq ki, açıqladığımız rəqəmlər sadəcə Stopnarkotik.az saytının aşkarladığı məlumatlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan faktların daha çox olduğunu da nəzərə alsaq, ölkədə təkrara cinayətkarlığın cəmiyyətimiz üçün ciddi problemə çevrildiyini deyə bilərik.
Bu haqda aşağıdakı linkə daxil olaraq, daha ətraflı məlumat əldə edə bilərsiniz:
Avqust ayında ölkə üzrə narkotik vasitəninin təsiri altında avtomobil idarə edən 10 sürücü də saxlanılıb ki, bunlar da yol polisinin aktivinə yazılmalı olan hallardır:
Yeri gəlmişkən, hesabat dövründə narkotik ticarəti ilə bağlı 2 qalmaqalları məhkəmə prosesi də keçirlib ki, bunlar medianın diqqətini cəlb edib:
Beləliklə, 2024-cü il avqust ayının yekun mənzərəsinə əsasən qeyd edə bilərik ki, ölkəmizdə narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görüləcək hələ çox işlər var. İnanırıq ki, cari ildə bu bəladan xilas olmaq üçün hər bir vətəndaşımız əlindən gələni əsirgəməyəcək, 44 günlük İkinci Qarabağ Müharibəsində olduğu kimi, yenə də ölkəmizi, gəncliyimizi “narkotik savaşı” ilə məhv etməyə çalışan xarici qüvvələrə qarşı həmrəylik nümayiş etdirəcəyik.
Stopnarkotik.az saytı olaraq hər bir vətəndaşımıza sağlam həyat, sağlam gələcək arzu edirik.
Stopnarkotik.az
P.S. Dəyərli oxucularımızın diqqətinə onu da çatdıraq ki, 2023-cü ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları, eləcə də 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul aylarında narkotik ticarətinə qarşı mübarizənin nəticəsi ilə tanış olmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz: