Keçmiş məhkum 15 min manatlıq dələduzluğa görə tutuldu

Bakının Nəsimi rayonu ərazisində bir nəfərin 15 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş V.Səmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.