OĞURLUQLA ƏLAQƏDAR HƏBS OLUNMUŞDU, YENƏ ƏLƏ KEÇDİ... - Bakıda keçmiş məhbus saxlanıldı

İyulun 27-də rayon ərazisində bir nəfərin cibindən 1150 manat və 2 ədəd bank kartı oğurlamaqda şübhəli bilinən əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş Rasim Məmmədov müəyyən olunaraq saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, o, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.